Bursada (Türkiyə) fəaliyyət göstərən Egemen Kız Ve Erkek Öğrenci Yurdunun müdiri İlknur Kuyucu ONN media –nın həmsöhbəti oldu.
Xaricdə təhsil almaq istəyən bir çox tələbələrin və onların ailələrini düşündürən məqam rahat, ən güvənli yurd yerini seçmək olur. Egemen yurdu tələbələrin güvənini necə qazanır?
– Birincisi, yurdumuz digər yataqxanaların standartlarından üstündür, korporativ şəxsiyyəti, geniş yaşayış sahələri və müasir idarəetmə anlayışı ilə tələbələrə ilk andan dinc və təhlükəsiz bir mühit təmin etmək əsas prinsiplərindən biri olaraq qəbul edilir.
Egemen yurdunda azərbaycandan olan tələbələr varmı?
– Egemen tələbə yurdunda hər il bir çox ölkədən tələbə qəbul etməkdəyik. Bu tələbələrin bir qisimi azərbaycanlı gənclərdən ibarətdir.
Tələblər hansı imkanlardan yararlana bilər?
– Öncəliklə hər tələbə üçün özünə özəl və geniş yaşayış sahələri təqdim etməkdəyik. Güvənli, kefiyyət və konforu ön planda tutaraq tələbələrimizin öz evlərindəki kimi hiss etmələrini təmin edirik. Bununla yanaşı yurdumuzda 7/24 güvənlik, istilik, isti su, internet, spor salonu, camaşırxana təmin olunmaqdadır. Dairələrin həftəlik təmizliyi və nəqliyyat vasitəsi xidmətimiz var.
Bu qədər izdiham və gənc bir kütləylə daima ünsiyyətdə olmaq necə bir duyğudur?
– Bəzən çox keyfli, bəzən çox çətindir (gülür). Tələbələr ailələrindən kilometrələrcə uzaqlardan yurdumuza gəlirlər. Ehtiyacları olan ən önəmli şey SEVGİDİR… Sevginin olduğu yerdə dinclik, dincliyin olduğu yerdə də uğur var. Gənclərin enerjilərindən və sevgilərindən qidalanmaq çox gözəl bir duyğudur. Çünki gənclərə nə verirsinizsə onu da alırsınız. Ailələrini çox özlədikləri zamanlar ya da imtahan dönəmində onlarla çox yaxşı münasibət qurmaq lazım gəlir.
Sizin yurtda qalan tələbələr sizi ana deyə çağırırlar. Onlara analıq etmək çətin deyilmi?
– Məni, anaları kimi görmələri çox xoşbəxt edir. Tələbələrimlə münasibətlərim içtən, isti və səmimi olmasıyla yanaşı bir o qədər də məsafəlidir. Sizə əmanət edilmiş yüzlərlə gəncə sahib çıxmaq çətin olduğu qədər, onlara düzgün rəhbərlik edə bilmək, həyatlarına toxuna bilmək və müsbət nəticələri görə bilmək çox yaxşıdır. Əslində gördüyüm işi bir növ sosial məsuliyyət olaraq görürəm. Mən gənclərin həyatlarına anlam qatmaq istədiyim üçün bu sektorda çalışıram.
Tələbələrinizə vermək istədiyiniz ən mühüm məsləhət nədir?
– Hər zaman dəyşikliyə açıq, yeniliyə istəkli, müasir, həm akademik həm də yaşam uğurlarını artıra bilmələri üçün tüm canlılara və təbiətə hörmətli, hər zaman sevgidən və uğurdan yana olmalarını həyatlarının hər dönəmində ədalətli və bərabərlik qanunyla hərəkət etmələrini məsləhət görərdim.
Çox sağolun İlknur xanım.
– ONN media İnformasiya Agentliyinə və sizə təşəkkür edirəm. Sevgi ilə qalın.